İrəvandakı etirazçılar Robert Köçəryanın ofisinə getdilər
“GƏL, MÜXALİFƏT HƏRƏKATINA RƏHBƏRLİK ET!”

İrəvanda yüzlərlə vətəndaş Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə parlament binası yaxınlığında etiraz aksiyasını bərpa edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiyada İkinci Qarabağ müharibəsində həlak olan hərbçilərin yaxınları da iştirak edirlər.

 

Aksiya zamanı maraqlı hadisə baş verib. Etirazçıların bir hissəsi parlament binası yaxınlığında toplaşanlardan ayrılaraq ikinci prezident Robert Köçəryanın ofisinə gəlib. Keçmiş dövlət başçısının ofisi nümayişçilərin yolunun üstündəki Respublika meydanının yanında yerləşir. Onlar Köçəryanı müxalifət hərəkatına rəhbərlik etməyə və məsuliyyəti öz üzərinə götürməyə çağırıblar.

 

Ermənistanın ikinci prezidentinin ofisinə gələnləin qarşısına onun oğlu Levon Köçəryan çıxıb. O bildirib ki, Robert Köçəryanın vətəndaşlarla görüşünün harada və hansı formatda keçiriləcəyi barədə sabah səhər məlumat veriləcək.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.