Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti açıqlama verib.
Tərəflər Ermənistanın KTMT-yə müraciəti ilə bağlı qəbul edilən qərarların reallaşmasını müzakirə ediblər.
Bundan başqa, N.Paşinyan Fransa Prezidenti Emmanuel Makronla da telefon danışığı aparıb.
Telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədindəki son hadisələr müzakirə olunub.
Makron sülh danışıqları çərçivəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.
Tərəflər Ermənistanın BMT-yə müraciətini də müzakirə ediblər.