İrəvanda Paşinyanın əleyhinə növbəti mitinq - ETİRAZÇILAR PARLAMENTƏ DOĞRU İRƏLİLƏYİRLƏR

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar İrəvanın mərkəzində aksiya keçirirlər. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hazırda nümayişçilər Respublika meydanından Ermənistan parlamentinə doğru irəliləyirlər.

“Birlik” hərəkatının liderlərindən biri Menua Soqomonyan insanları küçələrə çıxmağa və dinc vətəndaş itaətsizliyi aksiyalarına başlamağa çağırıb.

 

"Bölgələrin sakinləri vilayət administrasiyalarının binalarını bağlaya bilərlər, İrəvanda isə bir çox dövlət qurumlarının, eləcə də hakimiyyətə xidmət edən KİV-lərin binalarının girişini bağlaya bilərsiniz. Arzu olunandır ki, bütün bunlar yerli icra hakimiyyəti orqanlarında səhər onların işinə mane olmaq üçün həyata keçirilsin”, - Soqomonyan bildirib.

 

Oğulları müharibədə ölən əsgər anaları da vətəndaşları etiraz etməyə çağırıblar.

 

"Biz qələbəyə qədər, bu hakimiyyətlər gedənə qədər mübarizə aparmalıyıq",-deyə bildiriblər.

 

Öz növbəsində “Arar” Fondunun həmtəsisçisi, ictimai-siyasi xadim Avetik Çələbyan bildirib ki, Paşinyanın Ermənistanın maraqlarına zidd hərəkət etdiyi üçün onu dəyişdirmək lazımdır.

 

Qeyd edək ki, Ermənistan paytaxtının mərkəzinə böyük polis qüvvələri cəlb edilib.

 

Xatırladaq ki, İrəvanda mitinqlər sentyabrın 14-ü axşam saatlarında Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində bəyanatlarından sonra başlayıb. Etirazçılar hakimiyyəti xəyanətkar siyasətdə ittiham edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.