Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdənkənar siyasi qüvvələrin liderləri ilə görüşüb.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.
Görüşdə Ermənistan Xristian Demokratik Partiyasının sədri, politoloq Levon Şirinyan, "Vahid vətən" Partiyasının lideri Mher Terteryan, Sosial Demokrat Hunçak Partiyasının rəhbəri Hambik Sarafyan, “Hnçakyan” Sosial Demokrat Partiyası İdarə Heyətinin rəhbəri Sedrak Açemyan, Ermənistan Demokratik Partiyasının sədri Tiqran Arzakantsyan və ölkənin sabiq Baş naziri Aram Sarkisyan, həmçinin bu günlərdə hakimiyyətdən KTMT-dən çıxmağı və yeni təhlükəsizlik sisteminin işə salınmasını sərt şəkildə tələb edən Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan iştirak ediblər.
Qeyd edək ki, Paşinyan vaxtaşırı parlamentdənkənar müxalifət liderləri ilə görüşlər keçirir. Ekspertlər hesab edirlər ki, Ermənistan hökumətinin başçısı loyal müxalifət formalaşdırmağa çalışır.