Qırğız Respublikası və Tacikistan sərhədində durum yenidən gərginləşib.
TASS xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Sərhəd Xidmətindən bildirilib.
Qeyd olunub ki, Tacikistan hərbçiləri qırğız sərhədçilərinə bir neçə dəfə atəş açıb.
Xatırladaq ki, sentyabrın 14-dən etibarən tərəflər arasında gərginlik davam edir.