Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Ordusunun mövqelərinin guya atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır.
Senzor.az bildirir ki, Müdafiə Nazirliyindən (MN) verilən məlumatda belə deyilir.
"Bu məlumatları qəti surətdə təkzib edirik. Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - nazirlikdən əlavə edilib.