Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Görüş BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.
Məlumata əsasən, tərəflər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etməsindən narahat olduğunu və regional problemlərin sülh danışıqları yolu ilə həllinin vacibliyini vurğulayıb. Həmçinin, iki ölkə arasında dialoqu təşviq etməyə hazır olduğunu da bildirib.