Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqası qrup mərhələsinin VI turunda Qazaxıstanla qarşılaşıb.
Senzor.az bildirir ki, "Dalğa Arena"da keçirilən oyun millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, hesabında 10 xal olan Azərbaycan millisi qrup mərhələsini ikinci pillədə başa vurub. On üç xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Qrupda yer alan Slovakiya 7 xalla üçüncü, Belarus isə 3 xalla sonuncu – dördüncü olub.
Azərbaycan seçməsi həm də 11 ildən sonra Qazaxıstan millisinə qalib gəlməyi bacarıb. Komanda rəqibini sonuncu dəfə 2011-ci ildə 3:2 hesabı ilə üstələmişdi.