Son günlər Azərbaycanın xarici ölkələrdəki nümayəndəliklərinə qarşı erməni icmalarının hücumları artıb. Bu, təbii olaraq, ciddi narahatlıq doğurur. Bu hücumlar, radikal erməni qruplarının cinayətkar hərəkətləri Azərbycan nümayəndəliklərinin mülki şəxslərinə xəsarət yetirməsi məqsədi güdür.
REAL TV bildirir ki, bu dəfə də təxribat törətməyə cəhd edən “Nor Seround” radikal erməni qrupunun məqsədi UNESCO yanında Azərbaycan Milli Komissiyasının, ölkəmizin Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Ermənistanda Azərbaycan tarixi və mədəni irsinin dağıdılmasına həsr edilən konfransın keçirilməsinə mane olmaq idi. Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, bu, beynəlxalq cinayətdir və beynəlxalq diplomatiya hüququnun pozulmasıdır.
Palitoloq bildirib ki, bu, ermənilərin törətdiyi ilk barbarlıq deyil. Vətən müharibəsi dövründə də Azərbaycanın xaricdəki müxtəlikf nümayəndəliklərinə qarşı hücumlar edilib.
Qeyd edək ki, Fransada yaşayan ermənilər Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin binasına hücum etməyə cəhd göstərərkən ölkənin təhlükəsizlik qüvvələri ilə ermənilər arasında qarşıdurma yaranıb və polis təxribatçıları hadisə yerindən uzaqlaşdırmağa nail olub. Bundan öncə isə sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın sərhəddəki təxribatının ardınca Fransada yaşayan erməni radikallar Azərbaycan səfirliyinə hücum ediblər. Bu hal ABŞ, London, Livan, Fransa və digər ölkələrdə təkrarlanıb.