Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının rəhbərliyində təmsil olunan Mehmet Akyol məhv edilib.
Senzor.az bildirir ki, məlumatı MİT yayıb.
O, qruplaşmanın Ayn İsa Cəbhəsinin rəhbəri olub.
M.Akyol “Doğan Amanos” kod adı altında fəaliyyət göstərirmiş.