Qazaxıstan təsdiqlədi
ERMƏNİSTAN KTMT TƏLİMLƏRİNDƏ İŞTİRAKDAN İMTİNA EDİB

Qazaxıstan Müdafiə Nazirliyi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərində iştirakdan imtina etməsini rəsmən təsdiqləyib. 

 

Bu barədə “Sputnik Qazaxıstan” xəbər yayıb.


"KTMT təlimlərində iştirak etməmək qərarı ilə bağlı rəsmi məlumat Ermənistan Müdafiə Nazirliyindən gəlib. Biz təsdiq edirik", - Qazaxıstan Müdafiə Nazirliyi qeyd edib.

 

KTMT-nin kollektiv qüvvələrinin təlimləri sentyabrın 26-da Qazaxıstanda başlayıb və oktyabrın 8-dək davam edəcək. Onlar komendant xidməti, hava hücumundan müdafiə və hərtərəfli təminat məsələlərini işləyəcəklər.

 

Ötən bazar ertəsi Ermənistan KİV-i respublikanın müdafiə idarəsinə istinadən məlumat yaymışdı ki, təlimlərdə iştirak etməmək qərarı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə əlaqədar qəbul edilib.

 

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.