Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, tərəflər KTMT missiyasının işi və regiondakı mövcud vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, bu, KTMT Baş katibinin sentyabrda Ermənistana ikinci səfəridir. O, birinci səfər zamanı Paşinyanla görüşə bilməmişdi.
Xatırladaq ki, sentyabrın 13-də KTMT Kollektiv Şurasının onlayn formatda keçirilən növbədənkənar iclasında Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmaları araşdırmaq üçün təşkilatın missiyasını göndərmək haqqında qərar qəbul olunub. Qərara əsasən, KTMT-yə üzv dövlətlərin başçılarına regiondakı vəziyyət və vəziyyətin normallaşdırılması ilə bağlı təkliflər barədə hesabat hazırlanacaq.