Bu gün Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanla sərhədə yaxın yerləşən hərbi hissələrindən birində hərbi qulluqçu cəsədi tapılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb.
İlkin məlumata görə, 30 sentyabr 2022-ci il tarixdə, saat 23:40 radələrində hərbi hissənin döyüş mövqeyində xidmət edən erməni əsgər ayaq səslərini eşidərək, ona yaxınlaşan şəxsin Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi olduğunu zənn edib və “AKM” tipli avtomatdan atəş açaraq, onu öldürüb. Məlum olub ki, ölən şəxs Ermənistan ordusunun hərbçisi, 19 yaşlı Qraçya Kərəmyandır.
Xidmət yoldaşını öldürən hərbi qulluqçu həbs edilib. Araşdırma başladılıb.