Oktyabrın 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.