Ermənistanın Xorvatiyadakı səfirliyi Azərbaycandan yazan jurnalisti ölümlə hədələyib

Ermənistanın Xorvatiyadakı səfirliyi Azərbaycan həqiqətlərini yayan “Veçernıy list” qəzetinin müxbiri Hassan Haydar Diapı ölümlə hədələyib.

 

Bunu “Report”a Gəncədə səfərdə olan Hassan Haydar Diap özü deyib.

 

Xorvatiyalı jurnalist ermənilərin törətdikləri cinayətlər barədə silsilə yazılar hazırladığını bildirib: “Amma mən heç bir təhdiddən qorxmayaraq haqq olanı deməkdə davam etdim. Ermənilər Azərbaycanda törətdikləri bütün cinayətlərə görə beynəlxalq hüquq normaları çərçivəsində mühakimə olunmalıdırlar.

 

Dünyanın hansı ölkəsində dinc insanlara qarşı bu qədər vəhşilik törədib, onları qətlə yetirsəydilər, beynəlxalq aləm buna susmazdı, onları mühakimə edərdilər. Maraqlıdır, görəsən ermənilərin Azərbaycanda törətdikləri bu cinayətlərə görə cəzaları olacaqmı?

 

Gəncəyə, Bərdəyə, Tərtərə, digər şəhər və rayonlara atılan raketlər dinc əhaliyə qarşı qətliamdır”.

 

O, qeyd edib ki, Gəncə Vətən müharibəsi zamanı hərbi əməliyyatların keçirildiyi ərazidən azı 70-80 kilometr aralıda olub: “Bura raketlərin atılmasında məqsəd dinc əhalini məhv etmək, infrastruktura zərbə vurmaq idi. İndi hər kəsin vəzifəsi bu cinayətləri bütün dünyaya çatdırmaqdır.

 

Mən illərdir Azərbaycanın ərazilərinin ermənilər tərəfindən zəbt olunmasını və onların Xocalıda törətdikləri vəhşilikləri yada salmaq istəyirəm. Xocalı hadisəsi əsl genosiddir.

 

Amma erməni vəhşiliyi tək Xocalı faciəsi ilə bitmir. Son müharibə də xeyli sayda dinc əhali qətlə yetirilib. Mən bundan öncəki səfərlərimdə də bütün gördüklərimi Xorvatiyada ictimaiyyətin diqqətinə çatdırdım. Yenə də çatdırmağa davam edəcəm”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.