"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Senzor.az bildirir ki, Ağdam təmsilçisi G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.
"Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.
Qrupun digər oyununda "Frayburq" Almaniyada Fransa "Nant"ını qəbul edəcək.
Hesabında 6 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla ikinci, “Nant” isə üçüncü yerdədir. “Olimpiakos”un hesabında xal yoxdur.