Son bir həftə ərzində Türkiyənin Sərhəd Mühafizə Xidmətinin əməkdaşları tərəfindən ölkə sərhədlərini keçməyə cəhd göstərən 16 qanunsuz miqrant saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, saxlanılan bu şəxslərdən 12-nin FETÖ, 4-ünün isə PKK terror təşkilatlarının üzvləri olduğu müəyyən edilib.
Onlardan bəzilərinin Yunanıstana keçməyə, bəzilərinin isə Suriyadan Türkiyəyə girməyə cəhd göstərərkən ələ keçirildiyi bildirilir.