Ukrayna Prezidenti Volodimir Zelenski vətəndaşları sığınacaqları tərk etməməyə çağırıb.
Bu barədə o, “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, Ukrayna ərazisində hava hücumu siqnalı dayanmır və raket zərbələri davam edir.
“Təəssüf ki, ölənlər və yaralılar var”, - Zelenski əlavə edib.
Xatırladaq ki, Kiyev metrosunun yeraltı stansiyaları hazırda sığınacaq kimi istifadə olunur.