Paşinyan Blinkenlə danışdı - PRAQA SƏFƏRİ, ƏRDOĞANLA GÖRÜŞ...

 

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken bazar ertəsi telefonla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib və İrəvanla Bakı arasında sülh sazişinin hazırlanmasının vacibliyini vurğulayıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

 

“Söhbət zamanı BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasının, habelə sərhədin demarkasiyası və Aİ-nin mülki missiyasının bu sahədə fəaliyyətinin təmin edilməsi üzrə işlərin aparılmasının vacibliyi qeyd olunub”, - məlumatda bildirilib.

 

Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Praqada baş tutan görüşlə bağlı təəssüratlarını bölüşüb.

 

ABŞ dövlət katibi Vaşinqtonun danışıqlar prosesini, Cənubi Qafqazda sülh və sabitliyi təşviq etməyə davam etməyə hazır olduğunu qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.