Rusiya Ukraynanın Zaporojye şəhərinə 12 ədəd S-300 raketi atıb, ölən var
YENİLƏNİB

Rusiya Ukraynanın Zaporojye şəhərinə 12 ədəd S-300 zenit raketi atıb, ölən var.

 

“Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasından məlumat verilib.

 

Qeyd olunub ki, ictimai iaşə obyektləri, o cümlədən təhsil müssisələri ilə yanaşı, dövlət obyektləri də hədəf alınıb. 

 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidəki yanğını söndürüblər. 

 

Məlumata görə, Rusiyanın atdığı 2 raket avtosalona düşüb, 1 nəfər ölüb.

 

Bu arada UNİAN Ukraynanın Odessa vilayətində partlayış olması barədə məlumat yayıb. Bildirilir ki, yerli əhali partlayış səsləri eşidib.

 

Hadisənin təfərrüatı hələ məlum deyil.

 

**09:44


Rusiya ordusu Zaporojyeyə yenidən raket zərbələri endirib. 

 

Bu barədə Zaporojye vilayətinin rəhbəri Aleksandr Staruxun "Telegram" kanalında yazıb.

 

Onun sözlərinə görə, ruslar infrastruktur obyektlərini hədəfə alıblar və hazırda dağıntı və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir: "İşğalçılar rayon mərkəzinə raketlərlə hücum edib. Düşmənin hədəfləri infrastruktur obyektləri olub. Dağıntı və qurbanlar barədə məlumat dəqiqləşdirilir".

 

 Vilayət rəhbəri şəhər əhalisini sığınacaqlarda qalmağa çağırıb.

 

Yerli KİV xatırladır ki, Rusiya ordusu son vaxtlar Zaporojye ərazisini atəşə tutmağı intensivləşdirib. Sentyabrın sonunda onlar Zaporojyedən çıxışda mülki şəxslərin humanitar karvanına raket zərbəsi endirib. Nəticədə 30 nəfər həlak olub, 88 nəfər yaralanıb.

 

Oktyabrın 9-na keçən gecə Rusiya ordusu Zaporojyenin yaşayış məntəqələrinə S-300 və X-22 raketləri ilə hücuma keçib. Nəticədə 14 nəfərin öldüyü və 89 nəfərin yaralandığı məlumdur, onlardan 11-i uşaqdır.

 

Oktyabrın 10-da Zaporojyeyə atılan raket isə çoxmərtəbəli binanın dağılmasına səbəb olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.