Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Senzor.az bildirir ki, baş məşqçi Qurban Qurbanovun komandası G qrupunun dördüncü turunda Bakıda Yunanıstanın “Olimpiakos” klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb.
“Qarabağ” G qrupunda 7 xalla ikinci, hesabında 1 xal olan Pirey təmsilçisi sonuncu pillədədir.
Qrupun digər görüşündə Almaniyanın “Frayburq” klubu Fransada “Nant” komandasının qonağı olub. Almaniya klubu rəqibini 4:0 hesabı ilə məğlub edib.
Beləliklə, Azərbaycan çempionu tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ əldə edib.
**10:14
“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Senzor.az bildirir ki, Ağdam təmsilçisi G qrupunun IV turunda Bakıda Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı görüş saat 20:45-də başlayacaq.
Qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, “Qarabağ” G qrupunda 6 xalla ikinci, hər üç oyunda məğlub olan Pirey təmsilçisi sıfır xalla sonuncu pillədədir. Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ” klubu ən azı heç-heçə sayəsində qrup üçüncülüyünü və UEFA Konfrans Liqası üçün pley-offa vəsiqəni təmin edəcək.
Qrupun digər görüşündə 9 xala malik Almaniya “Frayburq”u Fransada “Nant”la üz-üzə gələcək.
İlk iki pilləni rəsmiləşdirmək üçün qonaqlara bərabərlik də kifayət edəcək.