Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiya İcmalar Palatasının üzvü Nobuyuki Baba ilə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin tvitter hesabında bildirilib.
Görüşdə Azərbaycan ilə Yaponiya arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, həmçinin Yaponiyanın Osaka şəhərində keçiriləcək “Ekspo 2025” sərgisi ilə bağlı fikir mübadiləsi aparılıb.