"Azərbaycan Fransa ilə diplomatik əlaqələrinə yenidən baxmalıdır".
Senzor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin oktyabrın 14-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Fransa Prezidenti Emanuel Makron şərəf və ləyaqətini erməni pullarına satıb.