Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Bartın şəhərindəki mədən partlayışı ilə bağlı Türkiyəyə başsağlığı verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan XİN başçısı “Tvitter”də yazıb.
“Bartında kömür mədənindəki partlayış nəticəsində həlak olanların yaxınlarına səmimi-qəlbdən başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, - A.Mirzoyan qeyd edib.
Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonundakı kömür mədənində partlayış baş verib və 41 nəfər həlak olub.