Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində kömür mədənində baş vermiş faciə ilə bağlı həmrəyliklərinə görə, Azərbaycan da daxil olmaqla 56 ölkəyə təşəkkür edib.
Senzor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti sosial media hesabında yazıb.
Xatırladaq ki, oktyabrın 15-də Türkiyənin Bartın yaxınlığındakı kömür mədənində partlayış baş verib. Qəza nəticəsində 41 nəfər həyatını itirib.