108 ukaynalı qadın Rusiya əsirliyindən azad edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
"Biz bu gün daha bir genişmiqyaslı məhbus mübadiləsi həyata keçirə bildik. 108 qadını əsirlikdən azad etdik. Bu, ilk qadın mübadiləsi idi", - deyə Yerman vurğulayıb.
Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiq edib. Nazirlik 110 hərbi əsirin Rusiyaya qaytarıldığını açıqlayıb.