"Oktyabrın 18-i gecə saatlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır".
Senzor.az bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda belə deyilir.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - deyə Nazirlikdən vurğulanıb.