“Bir ay ərzində Ukrayna ordusu İran istehsallı 233 “Şahed” pilotsuz uçuş aparatını məhv edib”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
“Yalnız bu gün (19 oktyabr-red.) təkcə Kiyev istiqamətində 10 İran istehsallı pilotsuz uçan aparatı məhv edilib. Daha 11 “Şahed” PUA-sı “Cənub” hava komandanlığının əsgərləri sayəsində vurulub”, - deyə o bildirib.
Onun sözlərinə görə, oktyabrın 19-da Rusiya hərbçiləri öz zərbələri ilə Ukraynada üç enerji infrastrukturu obyektini məhv ediblər.