Zəngilan rayonunun Ağalı kəndində keçirilən “Zəfər yürüşü” turnirinin triatlon yarışının qalibləri bəlli olub.
Məlumata görə, yarışda birinci yeri Toğrul Məmmədli tutub.
O, üzgüçülük, velosiped və qaçış etaplarını bütün iştirakçılardan öndə bitirərək qalib adını qazanıb.
İkinci yerin sahibi isə Cəfər Məmmədov olub. İlk üçlüyü Cəlal Hüseynov qapayıb.
Qeyd edək ki, triatlon yarışında idmançılar 300 metr məsafəyə üzgüçülük, 10 km velosiped sürmə və 2 km qaçış etaplarında mübarizə aparırlar.