İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkə Prezidenti İbrahim Rəisinin adından Ermənistanın baş naziri Nikol Paşinyanı Tehrana dəvət edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ermənistan baş nazirinin mətbuat xidməti Rəisi ilə Paşinyan arasında Nyu-Yorkda keçirilən görüşü xatırladıb və onun razılaşmalar baxımından məhsuldar olduğunu qeyd edib.
"Cənab Rəisi məndən xahiş etdi ki, sizi Tehrana səfərə dəvət etdiyini çatdırım və bir daha vurğulayım", - Abdullahian deyib.
XİN başçısı qeyd edib ki, İran qonşularla, xüsusən də Ermənistanla münasibətlərə önəm verir.