Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç İtaliyadakı U-20 dünya çempionatında qızıl medal qazanmış Azərbaycan təmsilçiləri Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.
Senzor.az Azərbaycan Şahmat Federasiyasına istinadən bildirir ki, bağlanış mərasimindən sonra qaliblərlə görüşən FİDE rəhbəri onlara növbəti yarışlarda da uğurlar arzulayıb.
Bunda öncə isə dünya çempionlarına qızıl medal və kubok təqdim olunub. Onların şərəfinə Azərbaycan himni səsləndirilib.