Moldovanın paytaxtı Kişinyovun mərkəzində polislə etirazçılar arasında toqquşma olub.
TASS xəbər verir ki, polis nümayişçilərin şəhər mərkəzinə girişini əngəlləyib, etirazçılar isə bir neçə dəfə kordonu yarmağa cəhd edib.
Etirazlar zamanı bir neçə nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları şəhərin mərkəzini mühasirəyə alıb və yoldan keçənləri yoxlayır.
Moldova hökumətinin enerji sektorundakı böhranla əlaqədar yaradılmış Fövqəladə Hallar Komissiyası oktyabrın ortalarında etiraz aksiyalarının və kütləvi toplantıların keçirilməsini məhdudlaşdırıb. İndi onlara yalnız həftə sonları icazə verilir.
Bu ilin yayında başlayan etirazlar ölkənin müxtəlif yerlərinə yayılıb. Onlar hökuməti iqtisadi böhranın öhdəsindən gələ bilməməkdə, qiymətlərin artmasında və həyat səviyyəsinin aşağı düşməsində ittiham edirlər.