Yazıçı Anarın Azərbaycan Yazıçılar Birliyinin XIII qurulyatında yenidən Birliyin sədri seçilməsi qalmaqala səbəb olub.
Gənc yazarlar uzun müddət bu postu tutan yazıçının yenidən yekdilliklə sədr elan olunmasının ədalətli olmadığını deyiblər.
Qalmaqala səbəb şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin AYB sədrliyinə namizədliyinin səsə qoyulmaması olub.
Sədarət onların namizədliyinin səsə qoyulmamasını qurultay iştirakçılarının Anarı dəstəkləməsi ilə izah edib. Bu isə gənclərin etirazı ilə qarşılanıb. Onlar seçkinin düzgün keçirilmədiyini və nəticələrin qanunsuz olduğunu bildiriblər.
Daha ətraflı Baku TV-nin süjetində: