Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Senzor.az bildirir ki, turnirin qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdam klubu Fransada “Nant” komandasının qonağı olub.
"Bojuar" stadionunda oynanılan matç “Nant” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Danimarkalı baş hakim Yakob Kehletin idarə etdiyi oyunda “Qarabağ”ın heyətində Filip Ozobiç fərqlənib. Rəqib komandanın qollarını isə Ludovik Blas və İqnatius Qanaqo vurublar.
Hesabında 7 xal olan Ağdam təmsilçisi G qrupunda ikinci pillədə yer alıb. “Nant” 6 xalla üçüncüdür. Qrupa 13 xalla Almaniyanın “Frayburq” klubu başçılıq edir. Yunanıstanın “Olimpiakos” klubu 2 xalla sonuncudur.