Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada qismən səfərbərliyin başa çatdığına inanmır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu məsələyə o, ənənəvi videomüraciəti zamanı toxunub.
Zelenski Rusiyanın müdafiə naziri Sergey Şoyqunun səfərbərliyin başa çatmasına dair bəyanatına şübhə ilə yanaşdığını bildirib: "Çox tezliklə Rusiyaya müharibəyə göndəriləcək yeni insan dalğası lazım ola bilər".
Xatırladaq ki, bu gün Rusiya müdafiə naziri Sergey Şoyqu Vladimir Putinə ölkədə səfərbərliyin uğurla başa çatması barədə məruzə təqdim edib. O bildirib ki, 300 min nəfərin səfərbərliyə cəlb edilməsi barədə tapşırıq yerinə yetirilib. Nazirin sözlərinə görə, 82 000 səfərbər edilmiş hərbi qulluqçu münaqişə zonasında, daha 218 000 nəfər isə təlimlərdədir.