Son vaxtlar Ermənistan silahlı qüvvələrinin bölmələrində fərarilik halları yenə artmaqdadır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu günlərdə daha 4 hərbi qulluqçu xidmət yerini özbaşına tərk edib.
Yayılan xəbərlərdə bildirilir ki, erməni hərbiçiləri mütəmadi olaraq döyüldüklərinə, fiziki və mənəvi təhqirlərə məruz qaldıqlarına görə bu addımı atıblar.
Ermənistanın Gorus rayonunun Xndzoresk yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrdən birində baş verən hadisə ictimaiyyətdən gizlədilir. Hərbi hissə komandirinin fərarilik edən hərbçilərin axtarılması və tapılaraq xidmət yerinə qaytarılması ilə bağlı məktubuna əsasən hərbi polis tərəfindən tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.