Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb, Azərbaycanla kommunikasiyaların açılmasını müzakirə edib.
“Sputnik Armenia” xəbər verir ki, görüşdə Aİ-nin mülki missiyasının Ermənistan- Azərbaycan sərhədyanı bölgəsindəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin iki ölkə arasında yaradılmış delimitasiya və demarkasiya komissiyalarının fəaliyyətinə də toxunublar.