Polşada fəaliyyət göstərən Varşava Azərbaycan Evində “Knowledge Exchange” adlı layihə çərçivəsində ilk görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu layihə Polşa Azərbaycanlıları Şurasının və Azərbaycan Tələbə Birliyi Platformasının (ASAP) birgə dəstəyi ilə həyata keçirilib.
Polşa Azərbaycanlıları Şurasının sədri, Varşava Azərbaycan Evinin rəhbəri Fərid Cəfərli bildirib ki, görüş zamanı iştirakçıların fikirləri və problemləri dinlənilib. Yeddi nəfər işsiz soydaşımız qeydiyyata alınıb və yaxın vaxtlarda onların müvafiq işlə təmin olunmaları üçün tədbir görüləcək. Diqqətə çatdırılıb ki, bu görüşlərin keçirilməsində məqsəd bilik mübadiləsinin aparılması, biliklərin təkmilləşdirilməsi və ötürülməsidir.
Qeyd edək ki, görüşlər hər həftənin bazar günü Varşava Azərbaycan Evində keçirilir. Polşanın digər şəhər və kəndlərində yaşayanlar üçün hər həftənin cümə günü onlayn görüşlər təşkil olunur.