Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/YPG terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib və nəticədə daha bir terrorçu məhv edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə MİT-dən məlumat verilib.
Qeyd olunub ki, Suriyada aparılan əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Serdem Pir-Serhat Harun kod adlı qondarma tabor komandiri Ersin Şahin məhv edilib.