Səudiyyə Ərəbistanı İranın krallıqdakı hədəflərə qaçılmaz hücumu ilə bağlı ABŞ-la kəşfiyyat məlumatları paylaşıb.
Senzor.az bildirir ki, bu barədə “Vol Strit Jurnal” məlumat yayıb.
Bildirilib ki, Səudiyyə ilə yanaşı regiondakı bir sıra ölkələr ordunun döyüş hazırlığı səviyyəsini yüksəldib.
Belə ki, İranın Səudiyyə ilə yanaşı, İraqın Kürdüstan muxtariyyətinin Ərbil şəhərinə hücum edəcəyi bildirilir.
İddiaya görə, İran hakimiyyəti bununla daxildəki etirazlardan diqqət yayındırmağa çalışacaq.
Bu arada "Reuters" agentliyi ABŞ Milli Təhlükəsizlik Şurasının (MTŞ) sözçüsünə istinadən xəbər yayıb ki, Vaşinqton İrandan Səudiyyə Ərəbistanına qarşı təhdidlərdən narahatdır və lazım gələrsə, cavab verməyə hazırdır.
O, ABŞ-ın bölgədəki maraqlarını və tərəfdaşlarını çəkinmədən müdafiə etmək niyyətində olduğunu bəyan edib: “Biz təhdidlərdən narahatıq və səudiyyəlilərlə hərbi və kəşfiyyat kanalları vasitəsilə daim əlaqə saxlayırıq”.