Ermənistanla Türkiyə arasında kommunikasiya çətinliklərini aradan qaldırmaq mümkün olub.
Bunu bu gün Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, bu il onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı, daha sonra isə Praqada görüşü baş tutub.
"Hesab edirəm ki, vəziyyətdə vacib dəyişikliklər var. Vəziyyəti təhlil edərkən başa düşdüm ki, avqust-oktyabr aylarında biz Türkiyə tərəfi ilə kommunikasiya çətinliklərinin öhdəsindən gələ bilmişik", - deyə o bildirib.