Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) məzunu Nuran Qənbərliyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan diplom təqdim edib.
Bu barədə AzMİU-dan məlumat verilib.
Bildirilib ki, 2015-ci ildən daxili işlər orqanlarında çalışan Nuran Qənbərli ötən il Türkiyəyə "Zabitlik" kursu üzrə təhsil almağa göndərilib.
Təhsilini uğurla başa vuran Nuran Qənbərli Türkiyə Prezidentinin də qatıldığı məzuniyyət gecəsinə dəvət olunub və ona diplomunu Türkiyə Prezidenti təqdim edib. Qeyd edək ki, Nuran Qənbərli AzMİU-nun 2015-ci il məzunudur.