Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb.
Senzor.az xatırladır ki, turnirin qrup mərhələsinin altıncı turu çərçivəsində Azərbaycan çempionu Almaniyanın “Frayburq” komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç 1:1 hesabı ilə başa çatıb. Azərbaycan çempionunun heyətində Kvabena Ovusu fərqlənib. Rəqib komandanın qolunu isə Nils Petersen vurub.
Qrupun digər oyununda "Olimpiakos" Yunanıstanda Fransanın "Nant" klubuna 0:2 hesabı ilə məğlub olub.
Hesabında 14 xal olan "Frayburq" və 9 xalla “Nant” turnirin səkkizdəbir final mərhələsinə adlayıblar. “Qarabağ” 7 xalla qrupu üçüncü pillədə başa vurub. Təmsilçimiz mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.
**09:18
Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Senzor.az bildirir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniyanın “Frayburq” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlayacaq matçı Aleksey Kulbakovun başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edəcək.
Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda Fransa “Nant”ını qəbul edəcək. Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.
G qrupunda 13 xala malik “Frayburq” liderliyini təmin edib. “Qarabağ”la yanaşı 6 xalı olan “Nant”ın da növbəti mərhələyə yüksəlmək şansı var. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda “Qarabağ”ın xal itirməsini gözləyəcəklər.
Uğurlar, “Qarabağ”!