“Yaxın zamanlarda Vaşinqtonda Ermənistan və Azərbaycanın XİN rəhbələri Ararat Mirzoyan və Ceyhun Bayramov, eləcə də ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək”.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə məlumatı Ararat Mirzoyan açıqlayıb.
Mirzoyan dəqiq tarix açıqlamasa da, görüşün bir neçə gündən sonra baş tutacağını bildirib.