XİN başçısı: “Vaşinqtonda keçiriləcək üçtərəfli görüşdə müxtəlif mövzuları müzakirə edəcəyik”

“Vaşinqtonda keçiriləcək üçtərəfli görüşlə bağlı gündəliyimizdə müxtəlif mövzular var”.


Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.


Nazir bildirib ki, görüşdə sülh müqaviləsinin əsas elementləri ilə bağlı müzakirələrin aparılması gözlənilir:


“Bildiyiniz kimi, oktyabrda Cenevrədə görüşümüz oldu. Bu görüşdə daha əvvəl təqdim olunmuş 5 prinsip üzərində genişlənmiş elementləri qarşı tərəfə təqdim etmişdik. Qarşı tərəfin buna reaksiyası istənilmişdi və onlar bildirmişdi ki, bunun üçün əlavə vaxt lazımdır. Bu, təkliflərin öyrənilməsi və geri dönüş üçün təbiidir. Düşünürəm ki, bu görüş zamanı bizim bu məsələləri müzakirə etmək imkanımız olacaq”, - XİN rəhbəri əlavə edib.


Qeyd edək ki, yaxın zamanlarda Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü gözlənilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.