"Bakı Metropoliteni" QSC ilə İstanbul Metropoliteni arasında gələcəkdə böyük layihələr icra ediləcək.
Bu barədə jurnalistlərə açıqlamasında İstanbul Metropolitenin baş direktoru Özgür Soy bildirib.
Ö.Soy "Bakı Metropoliteni" ilə müxtəlif sahələrdə apardıqları əməkdaşlıq fəaliyyətlərindən danışıb:
"Bakı Metropoliteni" ilə çox yaxşı bir əməkdaşlığımız var. Birlikdə bir neçə layihəyə imza atırıq. Siqnalizasiya sistemləri, yeni vaqonların və digər maşın-mexanizm sistemlərinin dəyişdirilməsi, inşaat və digər sahələrdə əməkdaşlıq edirik. Həm biz öz təcrübələrimizi bölüşürük, həm də "Bakı Metropoliteni"nin təcrübələrindən faydalanırıq".
O, bu fəaliyyətlərin davam edəcəyini deyib:
"Bizim apardığımız Ar-Ge araşdırmaları var. O araşdırmalarla bağlı danışıqlar aparırıq. Azərbaycan dövlətinin planlarına bağlı olaraq hər cür əməkdaşlığa açığıq. Hazırda "Bakı Meteopoliteni" ilə qarşılıqlı təlimlər veririk və təcrübələrimizi paylaşırıq. Gələcəkdə mütləq daha böyük layihələrimiz olacaq".