Hər gün ən azı 10 ədəd İran PUA-sını vururuq. Təkcə ötən gün 11 ədəd "Şahed" vurulub.
Senzor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.
Dövlət başçısı qeyd edib ki, İran rejimi PUA-ları Rusiyaya tammiqyaslı işğal başlamazdan əvvəl verib.
“Biz dəqiq bilirik ki, iranlı təlimatçılar rusiyalı terrorçulara pilotsuz uçan aparatlarından istifadə etməyi öyrədiblər, Tehranda isə bu barədə ümumiyyətlə susurlar”, - Zelenski vurğulayıb.
Qeyd edək ki, İran Rusiyaya pilotsuz uçuş aparatları (PUA) tədarük etdiyini etiraf edib.