Ukrayna Ordusu Rusiyanın bütöv bir batalyonunu məhv edib
500-dən ÇOX HƏRBÇİ ÖLÜB

Ukrayna hərbçiləri Luqansk vilayətinin Svatovski rayonunda Voronej vilayətindən səfərbər edilmiş ruslardan ibarət batalyonu məhv ediblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sağ qalan əsgərin dediyinə görə, yüzlərlə rus hərbçisi öldürülüb.

 

Onun sözlərindən məlum olur ki, səfərbər olunanlar 2079-cu hərbi hissədə təlim keçiblər. Batalyon komandiri əsgərlərə söz veribmiş ki, onları Svatovo vilayətinə aparacaqlar və orada onlar “ərazi müdafiəsi” adlanan yerdə xidmət edəcəklər. Lakin noyabrın 2-nə keçən gecə bütün batalyon təmas xəttinə aparılıb və Ukrayna həbçilərinin müxtəlif silahlardan açdıqları fasiləsiz “atəş yağışı” altına düşüb: “570 nəfərdən 29-u salamatdır, 12 nəfər yaralanıb, qalan hamı ölüb”.

 

O, həmçinin qeyd edib ki, onların batalyonunun atəşə məruz qaldığı Luqansk vilayətinin bu ərazisində ən azı daha bir tabor dağıdılıb: “Televiziyada hər şeyin gözəl olduğunu göstərirlər, ancaq əslində burada - Luqansk vilayətində cəbhəyə məhz səfərbər olanları atırlar və biz artıq geriyə qayıdanda da gördük ki, müqaviləli hərbçilər və könüllülər yalnız üçüncü xətdə oturublar, ön cəbhədə isə səfərbər olunanlar idi”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.