Ceyhun Bayramovun Mirzoyan və Blinkenlə üçtərəfli görüşü başa çatıb - YENİLƏNİB
FOTO

ABŞ Dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən üçtərəfli görüş başa çatıb. 

 

“Report”  xəbər verir ki, Dövlət Departamentinin təşəbbüsü ilə Ağ Evin tarixi rəsmi qonaq evi “Blair House”da baş tutan görüşdə E.Blinken Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin “cəsur addımları”nı yüksək qiymətləndirdiyini bildirib: "Hazırda gördüklərimiz hər iki ölkənin keçmişi geridə qoyması və davamlı sülhə doğru çalışması üçün real addımlar və cəsarətli addımlardır. Həm Ermənistanın, həm də Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar bu səylərdə sizə dəstək olmaq üçün əlimizdən gələni etmək əzmindədir”.

 

E.Blinken qeyd edib ki, danışıqlar Nyu-Yorkda BMT Baş Assambleyasında görüşlər zamanı olan müzakirələr və Ermənistan, Azərbaycan və ABŞ rəsmiləri arasında aparılan digər görüşlərə əsaslanacaq.

 

**01:54


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti  üçtərəfli görüş başlayıb.

 

“Report” xəbər verir ki, Dövlət Departamentinin təşəbbüsü ilə baş tutan görüş Ağ Evin tarixi rəsmi qonaq evi “Blair House”da keçirilir.

 

Görüşdən öncə E.Blinken jurnalistlərə açıqlama verib. O, iki ölkə arasında davam edən sülh danışıqlarında ABŞ-ın rolundan bəhs edib və və yaxın gələcəkdə bölgədə davamlı sülhün əldə olunacağına ümid etdiyini deyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.