Türkiyənin haqlı mücadiləsində hər zaman Azərbaycanın yanından olub və bundan sonra da olacaq.
Bunu Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay Bolnisinin Saraclı kəndində Vətən müharibəsi şəhidi Elvin Əlimərdanovun adına bulağın açılışı zamanı deyib. O, Azərbaycanın zəfərinin dünyanın ən haqlı qələbələrindən biri olduğunu vurğulayıb.
“Azərbaycanın zəfəri ilə, əzəli torpaqlarının işğaldan azad edilməsi ilə bölgəyə sülh, sabitlik və inkişaf da gəlib. İşğaldan azad olunan torpaqların bərpası və dirçəldilməsi işində Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək. Azərbaycanın Zəfəri dünyada ən haqlı qələbələrdən biridir”, - deyə səfir vurğulayıb.
Ali Kaan Orbay Azərbaycan dövlətini və xalqını Zəfər Günü münasibətilə təbrik edib, zəfərin daimi olmasını arzulayıb.(APA)